azia.az
azia.az

İŞİD silahlıları Suriyada qaz yatağını ələ keçiriblər

5-05-2016, 11:19

İŞİD silahlıları Suriyada qaz yatağını ələ keçiriblər İŞİD terror təşkilatının silahlıları Homsdan 120 km aralıda yerləşən Əş-Şaer qaz yatağını yenidən ələ keçiriblər.
Hökumət qüvvələri aviasiyanın dəstəyi ilə terrorçuları ərazidən sıxışdırıb çıxarmağa çalışır.
Əş-Şaer qaz yatağı Suriya iqtisadiyyatı üçün strateji əhəmiyyətə malikdir. “Əl-Mayadin” telekanalının məlumatına görə, qaz yatağı ətrafında şiddətli döyüşlər davam edir.
Qeyd edək ki, Əş-Şaer qaz yatağı ilk dəfə 2014-cü ildə İŞİD-in nəzarəti altına keçib. Suriya ordusu qaz yatağı üzərində nəzarəti bərpa etsə də, terrorçular bu əraziləri geri qaytara biliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi