azia.az
azia.az

Rusiyadan 3-cü dünya müharibəsi ANONSU

12-02-2016, 10:49

Rusiyadan 3-cü dünya müharibəsi ANONSU "Regiondakı durum burada aparılacaq müharibənin tez bir zamanda nəticə verəcəyini qeyri-mümkün edir"

Rusiyanın baş naziri Dmitri Medvedyev Suriyada aparılan hərbi əməliyyatların quruya keçməsini “3-cü dünya müharibəsinin başlayacağı” kimi qiymətləndirib. Putindən sonra Rusiyanın “ikinci adam”ı olan Medvedev Suriyada qurudan başladılacaq hərbi əməliyyatların dünya miqyasında fəlakətlərə gətirib çıxaracağını və Rusiya ilə birgə ABŞ və Türkiyənin bu ssenarini qabaqlamalı olduğunu deyib.
Almaniyanın Münhen şəhərindəki 52-ci Təhlükəsizlik Konfransı öncəsi açıqlamalar verən Medvedyev əlavə edib: “Səudiyyə Ərəbistanı Suriyaya qurudan girəcəyi təqdirdə bölgədəki başqa ölkələr də avtomatik olaraq münaqişəyə cəlb olunacaq. Bu səbəbdən həm ABŞ, həm də Səudiyyə Ərəbistanı onlarla il davam edəcək və hətta bütün dünyanı içinə çəkəcək yeni dünya müharibəsini istəyirmi? Bildiyimiz kimi xüsusi ilə ərəb dünyasında belə bir savaş bir dəfə başlasa, hamı bir-biri ilə müharibə aparmağa başlayar”.
Medvedyev çıxışında Rusiya və ABŞ-ın tərəfləri sülhə cəlb etmək üçün təzyiq göstərməli olduğunu, Türkiyənin də stabilləşdirici mövqe tutmalı olduğunu xüsusi ilə qeyd edib. O, əlavə edib ki, regiondakı hazırkı durum burada aparılacaq hər hansı müharibənin tez bir zamanda nəticə verəcəyini qeyri-mümkün edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi