azia.az
azia.az

Ermənistanda zəlzələ dağıntılar yaradıb, sakinlər küçələrdə qalıb

14-02-2022, 13:03

Ermənistanda zəlzələ dağıntılar yaradıb, sakinlər küçələrdə qalıb
Ermənistanın Lori vilayətinin Alaverdi şəhərində baş verən zəlzələ nəticəsində bəzi bina və tikililərin divarları qismən uçub. Sakinlər evlərini tərk edib, bəziləri avtomobillərə və qarajlara sığınıb.

Azia.az report-a istinadən xəbər verir ki, bu barədə yerli "Uqol+3" telekanalının direktoru Qraçya Papinyan "News.am"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, xüsusən köhnə evlərin eyvanlarından daşlar yollara tökülüb.

Papinyan bildirib ki, şəhər sakinləri evlərini tərk edib, bəziləri avtomobillər və qarajlarda gecələyir. Onun sözlərinə görə, sakinlər mənzillərinə qayıtmağa qorxurlar. Papinyan xəsarət alanların olub-olmaması barədə məlumat verməyib.

Eyni zamanda təbii hadisə Gümrüdə də sakinlər arasında kütləvi təlaşa səbəb olub. Vətəndaşlar evlərini tərk edərək küçələrə çıxıblar.

Qeyd edək ki, dünən Ermənistanın şimalında, Gürcüstanla sərhəd yaxınlığında zəlzələ baş verib. Məlumata görə, 5,4 bal gücündə təkanlar Bakı vaxtı ilə 21:25 qeydə alınıb. Zəlzələnin episentri Gümrü şəhərindən 42 kilometr şimal-şərqdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Ermənistanın Fövqəladə Hallar Nazirliyi öz növbəsində zəlzələdən sonra afterşokların davam edəcəyi barədə xəbərdarlıq edib. Qeyd olunur ki, növbəti güclü zəlzələ ehtimalı azdır.

Zəlzələ Azərbaycanın bir sıra rayonlarında da hiss olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi