Bu ölkədə 60 yaşdan yuxarı peyvənd olunan bütün şəxslərə smartfon veriləcək
Ukraynada 60 yaşdan yuxarı COVID-19-a qarşı peyvənd olunmuş şəxslərə smartfonlar hədiyyə olunacaq.
Xəbər verilir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski danışıb.
Bundan əlavə, sözügedən telefonların sahiblərinə güzəştli internet xidməti də təklif olunacaq.
"Rəqəmsal dövlətin üstünlükləri yaşından asılı olmayaraq, hər kəs üçün əlçatan olmalıdır”, - deyə Ukrayna lideri bildirib.