azia.az
azia.az

Bu ölkənin Prezidenti saxlanıldı - Hərbi düşərgəyə aparıldı

24-01-2022, 12:09

Bu ölkənin Prezidenti saxlanıldı - Hərbi düşərgəyə aparıldı
Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kabore həbs olunub.

Azia.az "Reuters”ə istinadən xəbər verir ki, dövlət başçısı üsyançılar tərəfindən saxlanılıb və hərbi düşərgəyə aparılıb.

Qeyd edək ki, ötən gün Burkina-Faso Prezidentinin paytaxtdakı iqamətgahı yaxınlığında atəş səsləri eşidilib. Mərkəzi hakimiyyətə itaətsizlik edən hərbçilər 65 yaşlı dövlət başçısının istefasını tələb edib. Bundan sonra bütün ölkədə komendant saatı elan edilib. Üsyançılara gənc zabitlər rəhbərlik edir.

Qeyd edək ki, Rok Mark Kristian Kabore 2015-ci ildən bəri Qərbi Afrika dövlətinə başçılıq edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi