azia.az
azia.az

Arnold Şvarzeneggerin idarə etdiyi avtomobil qəzaya düşüb, xəsarət alan var

22-01-2022, 09:32

Arnold Şvarzeneggerin idarə etdiyi avtomobil qəzaya düşüb, xəsarət alan var
Amerika aktyoru və siyasətçi Arnold Şvarsenegger qəzaya düşüb.

Azia.az”un məlumatına görə, bu barədə TMZ nəşri bildirib.

“Arnold “Yukon” markalı avtomobillə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi qırmızı “Prius”la toqquşub. Qəza zamanı onun avtomobili yuvarlanmağa başlayıb və Priusun damının üstünə düşüb”, - nəşr bildirib.

Şahidlərin dediyinə görə, toqquşma o qədər güclü olub ki, "Yukon"un təhlükəsizlik yastıqları açılıb.

“Prius”u idarə edən qadın xəsarət alıb, o, xəstəxanaya aparılıb. Onun başından xəsarət aldığı bildirilir.

"Bizə Arnoldun səhhətinin yaxşı olduğunu söylədilər", - TMZ qeyd edib.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.report
Arnold Şvarzeneggerin idarə etdiyi avtomobil qəzaya düşüb, xəsarət alan var
Arnold Şvarzeneggerin idarə etdiyi avtomobil qəzaya düşüb, xəsarət alan var


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi