Nazarbayevin kürəkəni istefa verdi
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev "Atameken” Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədri vəzifəsindən istefa verib.
Bu barədə məlumatı palata yayıb.
Timur Kulibayev istefa verməsinin səbəblərini açıqlamayıb.
T. Kulibayev N. Nazarbayevin ortancıl qızı Dinaranın həyat yoldaşıdır. Timur və Dinara Kulibayevalar ölkənin nəhəng "Qazaxıstan Xalq Bankı”nın sahibləridir.