Nazarbayevin kürəkənləri vəzifədən uzqlaşdırıldı
“KazTransOil” SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanovun və “QazaqGaz” SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib.
Bu barədə “Samuk-Kazına” Dövlət Fondu məlumat yayıb.
Xatırladaq ki, Dosanov Nursultan Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşıdır, Şaripbayev isə bəzi KİV-lərin məlumatına görə Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahdadır. (“İnterfaks”)