azia.az
azia.az

Londonda Nazarbayevin qızının və oğlunun mülklərinə həbs qoyuldu

11-03-2020, 14:01

Britaniya hökuməti Londonda Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbauevin ailə üzvlərinə məxsus olan iki malikanəyə həbs qoyub.
Bu barədə BBC radiosu Transparency International və Finance Uncovered-in araşdırmasına əsasən məlumat yayıb.
Londonda Nazarbayevin qızının və oğlunun mülklərinə həbs qoyuldu
Bildirilir ki, yeraltı hovuzu və kinoteatrı olan malikanə Bişops-avenyuda, prestijjli Haygeyt rayonunda yerləşir. Üzərinə həbs qoyulan ikinci mənzil isə Çelsi rayondadır.
Bu mülklərin üzərinə həbs hələ ötən ilin yazında Brtiniyanın hüquq-mühafizə orqanlarının sorğusuna əsasən qoyulub. O zaman hakimiyyət orqanları daşınmaz əmlakların kimə məxsus olduğunu açıqlamayıblar.
BBC-nin xəbərinə görə, yalnız dünən Londonda Ali Məhkəmənin hakimi əmlak sahiblərinin etirazını rədd edərək bu məlumatın ictimailəşdirilməsinə razılıq verib. Bu şəxslər Nazarbayevin qızı, Qazaxıstan Senatının spikeri Dariqa Nazarbayeva, eləcə də onun böyük oğlu Nurəli və Nurəlinin arvadı Aidadır. Onlar bu əmlakları 100 milyon dollata alıblar. Bununla belə, adı çəkilən rayonlardakı malikanələrin real bazar qiyməti daha çox ola bilər.
Daşınmaz əmlak Niderlandın Antil adalarında, Panamada və Britaniyayaya məxsus adada qeydə alınmış üç ofşor zonada sənədləşdirilib. Cinayətkarlıqla mübarizə üzrə milli agentlik hesab edir ki, ev və mənzil Dariqa Nazarbayevanın keçmiş əri, mərhum Rahat Əliyevin cinayət yolu əldə edilmiş vəsaiti ilə alınıb. Nazarbayev ailəsinin müdafiəçiləri israr edirlər ki, R.Əliyevin bu daşınmaz əmlakların tədarük edilməsinə heç bir aidiyyatı yoxdur, çünki o, Dariqa ilə 2007-ci ildə ayrrılıb, əmlak isə 2008-ci ildə alınıb.
Musavat.com
Londonda Nazarbayevin qızının və oğlunun mülklərinə həbs qoyuldu
Londonda Nazarbayevin qızının və oğlunun mülklərinə həbs qoyuldu
Londonda Nazarbayevin qızının və oğlunun mülklərinə həbs qoyuldu
Londonda Nazarbayevin qızının və oğlunun mülklərinə həbs qoyuldu
Londonda Nazarbayevin qızının və oğlunun mülklərinə həbs qoyuldu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi