azia.az
azia.az

SON DƏQİQƏ! Özbəkistan SON NÖQTƏNİ QOYDU: KTMT-yə üzv OLMURUQ! - VİDEO

12-01-2022, 16:19

SON DƏQİQƏ! Özbəkistan SON NÖQTƏNİ QOYDU: KTMT-yə üzv OLMURUQ! - VİDEO
Özbəkistanın yerli terror qruplaşmalarının hücumlarını dəf etmək təcrübəsi var, ciddi xarici təhlükə yaranarsa, ölkənin KTMT-yə qayıtması ehtimalı azdır, lakin müttəfiqlik münasibətləri çərçivəsində yardım üçün Rusiyaya müraciət edəcək.
AMİA.AZ xəbər verir ki, bunu Özbəkistanın Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Mano Bəxtiyar Yerqaşev Belarus Prezidenti Aleksandr Lukaşenkonun sözlərini şərh edərkən bildirib.

"Özbəkistanda vəziyyəti ayıq və sakit şəkildə qiymətləndirirlər və başa düşürlər ki, ölkədə “yatmış” terrorçu və ekstremist hüceyrələr var. Amma bu, bir neçə minlik böyük, güclü və koordinasiyalı bir hərəkat olacaqsa, o zaman kömək lazım ola bilər. Özbəkistan isə KTMT-yə deyil, 2005-ci ildə müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladığı ölkəyə üz tutacaq. Bu isə Rusiyadır", - Yerqaşev söyləyib.

Yerqaşev qeyd edib ki, ölkəsi siyasi bloklarda təmsil olunmayacaq:

"Özbəkistanda Qazaxıstandakı vəziyyətdən fərqli olaraq, elita daxilində ciddi ziddiyyətlər yoxdur. Əsas məsələdə konsensus var - bu, Özbəkistanın hərbi-siyasi bloklarda və təşkilatlarda iştirak etməyəcəyidir və KTMT də konkret olaraq bura daxildir".

Qeyd edək ki, A.Lukaşenko Qazaxıstanda baş verənlərdən Özbəkistanın nəticə çıxarmalı olduğunu, bu ölkəni terror təhlükəsi gözlədiyini bildirmişdi.Axar.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi