“Deltakron” laboratoriyada yarana bilərdi
ÜST sözçüsü: “Deltakron” laboratoriyada yarana bilərdi
"Deltakron" nümunənin laboratoriyada çirklənməsi nəticəsində yarana bilərdi, bu, koronavirusun iki variantının birləşməsi deyil. RİA Novosti-nin məlumatına görə, bunu ÜST-nın nümayəndəsi Mariya van Kerkxove bildirib.
O, "deltakron", eləcə də qrip və kovidin eyni vaxtda xəstəliyini ifadə edən "fluron" anlayışından istifadə etməməyə çağırıb: "Həmin sözlər virusların/variantların birləşməsini nəzərdə tutur, bu isə baş vermir".
Daha əvvəl KİV-lər yazırdı ki, Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasında çalışan bir qrup yerli alim Kiprdə “delta” və “omikron” ştamlarının hibridi olan koronavirusun yeni variantı aşkar ediblər. Tədqiqatçılar onu "deltakron" adlandırıblar.