Ayaq ağırısı ilə getdiyi xəstəxanada 6 ay ömrü qaldığını öyrəndi - FOTO
Böyük Britaniyada Cimme Denham adlı qadın qeyri-adi hadisə ilə qarşılaşıb.
Xəbər verilir ki, 29 yaşlı qadın ayaq ağrısı ilə getdiyi xəstəxanada ömrünün sonuna 6 ay vaxt qaldığını öyrənib. Bir müddət əvvəl bel ağrısı ilə həkimə müraciət edən Denham xərçəng olduğunu öyrənir. Daha sonra müalicə olunaraq sağalır.
Yenidən ayaq ağrısı ilə həkimə gedən qadın bu dəfə 6 ay ömrü qaldığını öyrənib. İki uşağı olan ananın bu xəbəri bir sıra xarici kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılıb. Üzücü xəbər hər kəsi dərin kədərə boğub. O, indi övladları ilə daha çox vaxt keçirməyə çalışır.