Qazaxıstanda iğtişaşların biznesə vurduğu ziyan 213 milyon dolları keçib
Qazaxıstanda iğtişaşların biznesə vurduğu ziyan 213 milyon dolları keçib. Məlumata görə, bu barədə ölkənin "Atameken" Milli Sahibkarlar Palatasından bildiriblər. "Təxmini hesablamalara görə, saat 09:00 üçün (Bakı vaxtı ilə 07:00) ümumi ziyan 93,7 milyard tenge (təxminən 213 milyon dollar), yalnız Almatı üzrə - 92,2 milyard tenge (təxminən 209 milyon dollar) təşkil edib", - deyə bildirilib.Məlumata əsasə, ölkənin 9 regionunda 1488 obyektdə yerləşən 1319, o cümlədən Almatı üzrə 1 399 obyektdə yerləşən 1234 zərər dəymiş sahibkarlıq subyekti müəyyən edilib. Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.Day.Az