"Air Astana" Almatı-Bakı aviareysini ləğv edib
Qazaxıstanın "Air Astana" şirkətinin Almatı-Bakı-Almatı aviareysi ləğv olunub, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata görə, Almatı-Bakı aviareysinin təyyarəsi saat 13:05-də Bakıya enməli, saat 14:05-də isə Bakıdan Almatıya yola düşməli idi.
Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları səbəbindən işini dayandırıb.
Yanvarın 5-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) Almatıya həyata keçirməyi planlaşdırdığı reyslərin ləğvi barədə məlumat yayıb. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib. Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.