Gürcüstanda lari qadağan edilib
Gürcüstan Milli Bankı 1995-1999-cu illərdə çap olunmuş bütün nominallı lari əskinaslarının istifadəsinə qadağa qoyub.
"Margin.az" xəbər verir ki, bu barədə tənzimləyicinin saytında dərc edilmiş məlumatda deyilir.
Məlumata görə, Gürcüstan Milli Bankının qərarı ilə bu ilin yanvarından buraxılış ili 1995-1999-cu illər diapazonunda olan lari əskinasları ödəniş vasitəsi kimi istifadə edilməyəcək.
Bildirilib ki, köhnə pullar tənzimləyici orqanın kassalarında yeni nümunələrə dəyişdirilə bilər.