İlk xanımı darıxmasın deyə üç dəfə evləndi
![]()
İlk xanımı darıxmasın deyə üç dəfə evləndi
Vəli adlı Malayziya vətəndaşı ilk həyat yoldaşına həmsöhbət tapmaq üçün ondan sonra üç dəfə evlənib.
Azia.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "World of Buzz" nəşri məlumat yayıb. Məlumata görə, Vəlinin xanımı onlarla daha 3 qadının yaşamasından məmnundur. Çünki artıq o, əri işdə olarkən özünü tənha hiss etmir.
Vəlinin yeni həyat yoldaşları onun ilk nikahından olan 7 yaşlı qızına və 4 yaşlı oğluna baxmaqda da kömək edirlər. Bu vəziyyət sosial şəbəkələrdə müzakirə mövzusu olub.