Rusiya Dövlət Dumasında dava düşüb – VİDEO
Rusiya Dövlət Dumasında ictimai yerlərdə koronavirus QR kodlarının istifadəsi haqqında qanun layihəsininin müzakirəsi keçirilib.
Azia.az Yeniavaz.com-a istinadən xəbər verir ki, hələ məsələyə baxılmazdan əvvəl deputatlar arasında qarşıdurma yaşanıb.
Rusiya Federasiyası Kommunist Partiyasının bir neçə deputatı QR kodların tətbiqinə qarşı plakat açıblar.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin həmkarlarına qışqırmağa başlayıb və Dumanın nizamnaməsinə əsas gətirərək plakatların çıxarılmasını tələb edib.
Buna qarşı çıxan bəzi deputatlar müxtəlif etiraz çıxışları ediblər. Daha sonra deputatlar arasında dava düşüb.