Qadınla cinsi əlaqədə olduğunu etiraf edən Paris arxiyepiskopu istefa verdi
Roma papası I Fransisk Paris arxiyepiskopu Mişel Apetinin 2012-ci ildə bir qadınla intim münasibətdə olduğu ilə bağlı etirafından sonra onun istefasını qəbul edib.
Azia.az xarici agenltiklərə istinaədn xəbər verir ki, bu barədə Fransanın “Le Point” qəzeti məlumat yayıb.
Arxiyepiskop Apeti yeparxiyanı bölünməkdən xilas etmək və kilsəyə qarşı inamın zədələnməməsi belə bir addım atdığını söyləyib.
Vatikan tərəfindən verilən rəsmi bəyanatda fransız ruhaninin ərizəsinin qəbul olunduğu və onun yerinə monsenyor Corc Pontyenin təyin edildiyi bildirilib. Mişel Apetinin özü 2018-ci ildən bu yana Paris kilsəsinə rəhbərlik edirdi. Onu ələ verən qadına yazdığı bir elektron məktubu səhvən katibinə göndərməsi olub.
Xatırladaq ki, Roma-katolik kilsəsinə mənsub ruhanilər bir ömür boyu cinsi əlaqədə olmayacaqlarına dair and içirlər.Musavat