azia.az
azia.az

Meksikada jurnalist güllələndi

29-10-2021, 15:35

Meksikada jurnalist güllələndi
Meksikanın cənub-şərqində daha bir jurnalist güllələnərək öldürülüb. Meksikada yerli qəzetdə müxbir işləyən Freddy Lopez Arevalo Çiapas əyalətinin Tuxtla Qutierrez şəhərində avtomobilindən düşərkən silahlı hücuma məruz qalıb. O, ağır bədən xəsarətləri ilə aparıldığı xəstəxanada dünyasını dəyişib. Səlahiyyətlilər jurnalistin motosikletdə olan bir şəxs tərəfindən vurulduğunu və təcavüzkarın hadisə yerindən qaçdığını bildirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

2000-ci ildən bəri Meksikada öldürülən jurnalistlərin sayı 130-u ötüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi