“Pfizer”in baş direktoru pandemiyanın nə zaman sona çatacağını açıqlayıb
“İnsanlar hər il koronavirusa qarşı peyvənd edilsə pandemiya sona çatacaq və dünya normal vəziyyətə qayıdacaq”.![]()
“Report” xəbər verir ki, bunu “Pfizer” şirkətinin baş direktoru Albert Burla bəyan edib.
“Düşünürəm ki, normal həyatımıza qayıda bilərik. Bu, yeni variantların (virusun - Red) yaranmayacağı anlamına gəlmir. Peyvəndsiz normal həyat yaşaya biləcəyimizi düşünmürəm” - Burla bəyan edib.
Onun sözlərinə görə, alimlər təsiri ən azı bir il davam edəcək dərmanlar yarada biləcəklər.