İntim videosu yayılan azərbaycanlı məktəb direktoru və müəllimə işdən qovuldu
Qeyri-etik hərəkətlərinə görə, işindən kənarlaşdırlması tələb olunan Əzizkənd ictimai məktəbinin A.N adlı müəlliməsi işindən azad olunub.
Bu barədə 24News.ge xəbər portalına Marneuli Təhsil Resurs Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, sözügedən qərar məktəb rəhbərliyi tərəfindən verilib.
Xatırladaq ki, sözügedən məktəbin keçmiş direktoru Z. Qocayev, bir neçə ay əvvəl Marneuli Təhsil Resurs Mərkəzinə rəhbər təyin edildikdən sonra, onun məktəb müəlliməsi A.N ilə məktəb binasında və digər yerlərdə çəkilmiş intim görüntüləri yayıldı. Bundan sonra Z. Qocayev tutduğu vəzifəsindən istefa etdi və şəxsi görüntülərin qanunsuz çəkilməsi, yayılması iddiası ilə DİN Z.Qocayev barəsində cinayət işi açdı. Hazırda o girov müqabilində sərbəst buraxılıb.
Qeyd edək ki, sentyabrın 1-də isə Əzizkənd ictimai məktəbinin müəllimləri və bir qrup kənd sakiniləri, məktəbdə A.N adlı müəllimənin keçmiş məktəb direktoru Z.Q ilə qeyri etik hərəkətlər etdiyini, və sentyabrın 1-də yenidən məktəbə gəlməsinə etiraz edib, onlar müəllimənin təcili şəkildə işdən azad olunmasını tələb edirdilər.