Həmcinsi ilə evlənən nazirin övladı dünyaya gəldi
ABŞ Nəqliyyat naziri Peter Butijicin övladı dünyaya gəlib.
Azia.az "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, siyasətçi bu barədə "Twitter" hesabında məlumat paylaşıb. Belə ki, ABŞ-da ilk homoseksual nazirin valideyn olma xəbəri gündəm yaradıb. Belə ki, həmcinsi ilə ailə həyatı quran nazirin əkiz övladları dünyaya gəlib.
Qeyd edək ki, qəzet daha əvvəl 2018-ci ildən bəri evli olan cütlüyün övladlıq götürəcəyini yazmışdı.