Baxçalı: “HDP-çilərin həbsi doğru qərardır”
“HDP həmsədrlərinin və bu partiyaya mənsub deputatların həbs edilməsi yerində verilmiş doğru qərardır”
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
Baxçalı bildirib ki, bu həbslər heç kimi narahat etməməlidir:
“HDP-çilər sanki imtiyazlı, əlahiddə təbəqə kimi hərəkət edərək türk ədalətinə meydan oxuyurdular. Onlar çağırışlara məhəl qoymayaraq, məhkəmələrə getmədilər. Onların buna haqqı və səlahiyyəti yoxdur. Bu səbəbdən düşünürəm ki, onların həbs edilməsi yerində verilən doğru qərardır”.
Xatırladaq ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Səlahəddin Dəmirdaş və Figen Yüksəkdağ başda olmaqla 11 HDP-çi millət vəkili həbs edilib.(axar.az)