Dövlət Baxçalının müavini İSTEFA VERDİ
Türkiyənin Milliyyətçi Xalq Partiyasının (MHP) sədr müavini istefa verib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, MHP-nin Qaziantep millət vəkili Ümit Özdağ partiyanın sədr müavinliyindən istefa verib.
Ü.Özdağ MHP-nin növbədən kənar qurultay keçirilməsini tələb edir. Lakin onun tələbi baxılmamış qalır. Özdağ bu gün Türkiyə Böyük Millət Məclisində jurnalistlərə açıqlamasında bildirib ki, qurultayı bir başa partiya sədri təşkil etməlidir. Onun sözlərinə görə, toplantı istəyi hər hansı bir fraksiya və yaxud şəxs tərəfindən təşkil edilmir: “Bizim istəyimiz MHP-nin demokratik üsulla idarə edilməsidir. Çünki indiki şəraitdə Türkiyənin MHP-yə ehtiyacı var. Hörmətli Dövlət Baxçalı sadəcə partiya sədri deyil, həm də hərəkatın böyüyüdür. Biz partiyamızla bağlı problemlərimizi məhkəmə salonlarında deyil, qurultay zamanı həll etmək istəyirik. Türkiyə seçkiyə gedərkən bütün ülkücülərin partiyada vəzifə almasını təmin etmək istəyirik".
MHP-çi millət vəkil verdiyi açıqlamadan sonra partiyaya gedərək istefa vərəqini təqdim edəcəyini vurğulayıb.