azia.az
azia.az

Toyda baş verən mübahisə ölümlə nəticələndi

Bu gün, 09:04

Biləsuvarda baş vermiş qətlin təfərrüatı məlum olub.

məlumata görə, mərhum Milan Soltanlı ilə onun xalası oğlu İlkin Mehtiyev arasında toyda mübahisə yaranıb. Daha sonra tərəflər mübahisəni kənddə davam etdiriblər.

Bu zaman İlkin Mehtiyev bıçaqla Milan Soltanlıya xəsarət yetirərək onu qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***00:31

Biləsuvar rayonunda qətl hadisəsi olub.

"Azia.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində baş verib

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı həmkəndlisi tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən ölüb.

Onun əməli törətməkdə şübhəli bilinən qohumu, 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi