1 milyon əfqan uşaq ölə bilər - UNİSEF
Təxminən 1 milyon əfqanıstanlı uşağın düzgün qidalanmaması səbəbindən həyatı təhlükə altındadır və müalicə olunmasalar, ölə bilərlər.
Azia.az xəbər verir ki, bu barədə UNİSEF-in icraçı direktoru Henritta For məlumat verib.
“Şiddətli quraqlıq və su çatışmazlığı, koronavirus epidemiyasının dağıdıcı sosial-iqtisadi nəticələri və yaxınlaşan qış səbəbi ilə önümüzdəki aylarda uşaqların və qadınların humanitar ehtiyacları artacaq”,- For deyib.
Onun sözlərinə görə, 2,2 milyonu qız olan təxminən 4,2 milyon əfqan uşağı təhsilini davam etdirə bilməyəcək.