Rusiyadan Türkiyə açıqlaması: Əməkdaşlığa hazırıq!
Rusiya Türkiyə ilə təyyarə və helikopter istehsalı sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.
Azia.az xəbər verir ki, bu sözləri Rusiyanın “Rosoboroneksport” şirkətinin departament rəhbəri Denis Qizunov İstanbulda keçirilən “IDEF-21” sənaye sərgisində jurnalistlərə söyləyib.
Onun sözlərinə görə, Rusiya Türkiyənin qırıcı təyyarələrin 5-ci nəslinin istehsalına dair “TF-X” proqramı çərçivəsində bu ölkə ilə əməkdaşlıq edir. İki ölkə təkcə hava hücumundan müdafiə sistemləri üzrə deyil, təyyarə və helikopter istehsalı sahəsində tərəfdaşlığa hazırdır. Rusiya Türkiyəyə S-400 zenit-raket sistemləri, eləcə də bu sistemlərin müdafiəsini təmin edən texnika satmağı planlaşdırır.
Qeyd edək ki, İstanbulda açılmış “IDEF-21” sərgisində Rusiyanı “Rosoboroneksport” şirkəti, habelə “Kalaşnikov”, “Almaz-Antey” şirkətlər qrupu təmsil edir.