azia.az
azia.az

Türkiyənin Rusiyadan Su-35 döyüş təyyarələri alması reallaşır

26-10-2019, 11:05


Rəsmi Ankara və Moskva Türkiyəyə SU-35 döyüş təyyarələrinin idxalına dair razılığa gəlməyin astanasındadır. Adıçəkilən təyyarələrə aid bəzi hissələrin Türkiyədə istehsalına da başlanıla bilər. Qeyd edək ki, bu ayın 22-də Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Şurasının sədri Dmitriy Şuqayev Türkiyə tərəfinə Su-35 və Su-37 döyüş təyyarələrinin tədarükünə dair müqavilə imzalanmasından söhbət açmağın tez olduğunu, sadəcə ilkin məsləhətləşmələrin aparıldığını bildirib. “Report” xatırladır ki, Türkiyə tərəfinin Rusiyadan qırıcı təyyarələr idxal edə biləcəyi bu ilin 27 avqust tarixində Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Moskvaya səfərindən sonra gündəmə gəlib. Belə ki, rusiyalı həmkarı Vladimir Putinlə birgə "MAKS-2019" təyyarə sərgisinə baş çəkən Ərdoğan “Sukhoi” seriyalı döyüş təyyarələrinə xeyli maraq göstərib, daha sonra ABŞ istehsalı F-35-lərin əvəzinə Rusiyadan Su-35 və Su-37-ləri idxal edəcəklərini istisna etməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi