azia.az
azia.az

Qadın qatilindən etiraf: “Qurbanlarımı yedim...”

23-05-2021, 12:40

Qadın qatilindən etiraf: “Qurbanlarımı yedim...”
Meksikada mayın 18-də tutulan 72 yaşlı qatil məhkəmədə 20 ildir çoxlu qadın öldürdüyünü etiraf edib.
Meksikada 34 yaşlı qadın itkin düşəndən sonra polis 72 yaşlı şübhəli Andres N.-ə qarşı istintaqa başlayıb.
İstintaq çərçivəsində Andres N.-nin evində axtarış aparılmasına qərar verilib. Evdən qadınlara məxsus əşyalar və sümük qalıqları tapılıb. Əşyalar arasında qadın geyimi, qadınlara aid şəxsiyyət vəsiqələri, sümüklər, baş dərisi, kəllə, mişar, şübhəlinin törətdiyi ehtimal olunan 20 cinayətə dair səs yazısı var.
Məhkəmə qarşısına çıxarılan Andres N. 20 il ərzində bir çox qadınları öldürdüyünü və cansız bədənləri yediyini etiraf edib.
Qeyd edək ki, qadın cinayətlərinin tez-tez baş verdiyi ölkədə 2021-ci ilin ilk rübündə paytaxt Mexikoda 35 qadın öldürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi