Baş nazirin gəlini məsul vəzifəyə təyin olundu
Britaniyanın Baş naziri Boris Consonun gəlini Kerri Conson məsul vəzifəyə təyinat alıb.
“Aspinall Foundation” fondunun rəhbəri Demian Aspinal bəyanat yayaraq bildirbib ki, bundan sonra xanım Conson təşkilatın ictimaiyətlə əlaqələr şöbəsinə rəhbərlik edəcək.
“Şadıq ki, bu səviyyəli bir şəxs bizim komandaya qoşulur. O, vəhşi təbiətin qoruyucusu və bütün canlı növlərin qorunub saxlanması tərəfdarıdır. Onun enerjisi və təcrübəsi ümumi işimizə yalnız fayda gətirəcək”, - deyə bəyanatda qeyd edilib.
“Aspinall Foundation” nadir və yoxolma təhlükəsi ilə üzləşən heyvanları qoruyan xeyriyyə təşkilatıdır.
Xanım Conson bu qurumla yanaşı, okeanların çirklənməsinə qarşı mübarizə aparan “Oceana” qeyri-kommersiya təşkilatında da çalışır.
Xatırladaq ki, Kerri əvvəllər Mühafizəkarlar partiyasının mətbuat xidmətində işləyib.