azia.az
azia.az

Əxlaqsız müəllim məhkəmədə özünə haqq qazandırmağa çalışdı, ələ salındı – FOTO

21-01-2021, 13:26

Əxlaqsız müəllim məhkəmədə özünə haqq qazandırmağa çalışdı, ələ salındı – FOTO

15 yaşlı şagirdi ilə əxlaqsızlıq edən qadın müəllimin məhkəməsi baş tutub.

Arazxeber.az bildirir ki, İngiltərədə yeniyetmə şagirdi ilə şəxsi avtomobilində əxlaqsızlıq edən 35 yaşlı müəllim bu əməlinə görə hakim qarşısına çıxarılıb.

35 yaşlı Kandice Barber ittihamları rədd edib, özünə haqq qazandırmağa çalışıb. Lakin qadın müəllimin gətirdiyi əsaslar çox gülünc olduğundan bir işə yaramayıb. Belə ki, boyunun 152 santimetr olduğunu söyləyən müəllm bunu şagirdi ilə intim münasibət üçün maneə kimi təqdim etməyə çalışıb.

“Mənim boyum 152 sm-dir. Mən şagirdimin çiynindənəm. Onunla necə intim münasibətdə ola bilərəm? Bu fiziki olaraq imkansızdır”, – o, hakim qarşısında söyləyib.

Qadın iddiaları təkzib etsə də, onun yazdığı təhrikedici mesaj və videolar məhkəmədə dəlil kimi göstərilib.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi