Düşmən yenidən Bərdəni atəşə tutdu: 16 yaşlı yeniyetmə həlak oldu - RƏSMİ
Bu gün Ermənistanın silahlı qüvvələrinin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.![]()
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat yayıb.
Bildirilib ki, bu gün saat 16:00 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.