azia.az
azia.az

Mübariz Mənsimovun üzünə duran şəxslər məlum olub

17-03-2020, 18:11

Mübariz Mənsimovun üzünə duran şəxslər məlum olub

Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun əleyhinə ifadə verən şəxslər məlum olub.
Azia.Az xəbər verir ki, Türkiyə mənbələrindən AzToday.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında keçirilən məhkəmədə iki nəfər Mənsimovun üzünə durub. Belə ki, zamanında Mənsimovun sahib olduğu "Palmali” Şirkətlər Qrupundan etdiyi oğurluğa görə, işdən qovulan Alaatdin Aykaç və Fatih Berber iş adamının əleyhinə ifadə veriblər.

Mənsimovun əleyhinə ifadə verən şəxslər barəsində Türkiyənin "Hüriyyet” qəzetinin 2016-cı ildə yaydığı məlumatda bildirilirdi:

Azərbaycanlı iş adamı Mübariz Mənsimov hüquqi yollara baş vurduqdan sonra şirkəti "Palmali”yə aid olan 4 gəmisini geri ala bilib. Belə ki, Maltada qeydiyyatda olan gəmilər, haqqında cinayət işi açılan Alaatdin Aykaç tərəfindən mənimsənilsə də məhkəmə bunu qanunsuzluq kimi dəyərləndirib və onların sahibinə qaytarılması barədə hökm çıxarıb.

Qəzetin "Mübariz Mənsimov eski CEO” un peşini bırakmıyor” manşetli yazısında verilən məlumata görə, "Palmali” şirkətindəki baş direktor vəzifəsindən qovulan Alaatdin Aykaç artıq dalana dirənib.

Qəzetin yazarı Dinçer Gökçenin araşdırmasına görə, azərbaycanlı iş adamının sahibi olduğu şirkətdə yüksək vəzifə tutan Alaatdin Aykaç və digər məsul şəxs Fatih Berber haqqında Türkiyə, Malta və Londonda 5 ayrı-ayrı iddialarla məhkəməyə müraciət olunub. Yeni başlanan proseslərdən birini Aykaç artıq uduzub. Söhbət yuxarıda qeyd olunan 4 gəmidən gedir.

Bundan əlavə, yazıda məhkəmə proseslərindən daha birinə yer verilib. İddiaya görə, Alaatdin Aykaç bütün bu məbləğləri vaxtı ilə çalışdığı şirkətdən, "Palmali”dən oğurlayıb gizli yaratdığı şirkətin hesabına köçürüb. Həmçinin Türkiyə Futbol Federasiyasında vəzifə daşıyan Alaatdin Aykaçın Serbiya vətəndaşlığına keçdiyinə görə vəzifəsinə son veriləcəyi qeyd olunub.

Vurğulanır ki, Alaatdin Aykaç və Fatih Berberin Mübariz Mənsimova vurduğu maddi ziyanlar məhkəmə yolları ilə geri ödəniləcək”.

Qeyd edək ki, Mübariz Mənsimov FETÖ terror təşkilatı ilə əlaqə qurmaqda ittiham olunur.(Tərəf.Az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi