azia.az
azia.az

"ÖZÜNÜ KARLIĞA,KORLUĞA VURAN DÜNYA"

25-02-2020, 19:01

"ÖZÜNÜ KARLIĞA,KORLUĞA VURAN DÜNYA"

Azia.Az məlumat verir ki,Azərbaycan xalqı ürəyi yumuşaqlığından, günahkarı bağışlamağından, ürəyində kini-küdrəti olmamağından, unutqanlığından həmişə başı bəlalar çəkib. Ən böyük bəlanı isə 1992-ci il fevral ayının 25-dən 26- na keçən gecə çəkib. Bu bəla son 200 ilin ən dəhşətli bəlası kimi insanlıq tarixinə qanla yazıldı. Gərək bu gün insanlıq bir- birinin üzünə dik baxmasın, xəcalət çəksin. Bu ağrını, bu məşəqqəti dinindən, dilindən asılı olmayaraq bütün yer üzü çəksin. Dünya parlamentləri bir mənalı şəkildə ermənilərin azərbaycanlılara qarşı soyqrım kimi yox, insanlığa qarşı soyqrım kimi qəbul etsin. Amma gəlin görək bəşəriyyət, dünya birliyi ermənilərə qarşı hansı sərt tədbirləri gördü. Əksinə dünyanın aparıcı dövlətlərinin parlamentləri 1915- ci ildə dünya Türkiyənin erməniləri soyqrıma məruz qoyduğunu iddi edib, onları “əzabkeş” millət kimi tanıyır. Axı ortada həqiqi faktlar yoxdur. Elə ortada tutarlı faktlar olmadığına görə də bu işi tarixçilər yox, siyasətçilər görür.
Bu görünməmiş zülmə dünya birliyi hələ də dözür. Çünki onun ədaləti yoxdur. Onlar kar və kordurlar.

Xüsusi müxbir Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi