Trampın BMT-də çıxışından sonra neft ucuzlaşdı
ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında Çinlə bağlı çıxışından sonra neftin qiyməti 3% ucuzlaşıb. Virtualaz.org bildirir ki, Brent markalı neft 3,13% ucuzlaşaraq bir barrelə görə 62,69 dollar olub. WTI markalı neft isə bir barrelə görə 56,95 dollardır. Bildirilir ki, Tramp çıxışında ölkəsi ilə Çin arasındakı ticarət müharibəsinə son qoya biləcək iqtisadi müqavilənin imzalana biləcəyini deyib.