azia.az
azia.az

“Avtoyol”un keçmiş rəhbərinə cinayət işi qaldırıldı

6-07-2019, 09:23


“Avtoyol”un keçmiş rəhbərinə cinayət işi qaldırıldı
Rusiya İstintaq Komitəsinin xüsusilə mühüm işlər üzrə Baş idarəsi “Avtodor” (“Avtomobil Yolları”) dövlət şirkətinin keçmiş rəhbəri Sergey Kelbaxa qarşı cinayət işi qaldırıb. Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, Kelbax vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır.
Sergey Kelbax hazırda “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belorezovun investisiya məsələləri üzrə müşaviridir. Kelbax üç epizod üzrə şübhəli bilinir. Bunlardan biri Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarovun “Crocus İnternational” şirkətinə Moskva ətrafında Mərkəzi Dairəvi Yolun tikintisi ilə bağlı 2 milyard rubl vəsaitin “əsassız və qanunsuz şəkildə” avans kimi ödənilməsidir.
İttihama əsasən Sergey Kelbax 2017-ci ildə “Crocus İnternational” şirkətinə “qanunsuz olaraq” 2 milyard rubl məbləğində əlavə avans ödəyib. Beləliklə də o, Mərkəzi Dairəvi Yolun tikintisi üçün 2014-2018-ci illərdə ayrılmış büdcə vəsaitlərini qanunsuz istifadə edib, 2014-cü ildə “Crocus İnternational” şirkəti ilə bağlanmış uzunmüddətli investisiya razılaşmasının yerinə yetirilməsi prosesində öz səlahiyyətlərindən sui-istifadəyə yol verib.“Avtoyol”un keçmiş rəhbərinə cinayət işi qaldırıldı
Ağalarovun şirkəti 2015-ci ildə Mərkəzi Dairəvi Yolun tikintisi layihəsində əvvəlki podratçını-“Stroyqazkonsaltinq” şirkətini əvəzləyib. Çünki bu şirkət tenderi udsa da heç bir iş görməmişdi. “Crocus” şirkətinə isə 49 kilometrlik yolun tikintisi üçün cəmi 48 milyard rubl ayrılıb. Hazırda yolun tikintisi davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi