azia.az
azia.az

ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar

20-10-2018, 07:35

ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar

ABŞ-ın xüsusi məsələlər üzrə prokuroru Robert Müllerin Araz Ağalarovun Crocus Group Şirkəti ilə bağlı sualları barədə“BuzzFeed” nəşrində dərc olunan məqalədən sonra şirkət, Union Bank-dan nümayəndəliyin bütün korporativ bank hesablarının bağlanması haqda məktub alıb.

Virtualaz.org bildirir ki, bu barədə Crocus-un Regional inkişaf üzrə idarəsinin direktoru, şirkətin ABŞ-dakı nümayəndəsi İrakli Kaveladzeyə istinadən RBK məlumat yayıb.

Kaveladzenin sözlərinə görə, ABŞ-da Crocus Group nümayəndəliyinin hesabları yalnız Union Bank-da idi. Bu gün artıq üç bank şirkətin yeni hesabların açılması ilə bağlı müraciətlərini rədd edib.

"Bizim şirkətimizin ABŞ-da öz fəaliyyətini dayandırması real təhlükə altındadır. Və bu, ABŞ Maliyyə Nazirliyi nümayəndəsinin cinayətkar hərəkətlərinin məlum neqativ nəticələrinin yalnız kiçik bir hissəsidir”,— Kaveladze əlavə edib.

Dünən məlum olub ki, ABŞ-da Maliyyə Nazirliyinin əməkdaşını saxlayıblar, hansı ki, Vaşinqtondakı Rusiya səfirliyinin maliyyə fəaliyyəti, Mariya Butinanın və Trampın seçkiqabağı qərargahının sabiq başçısı Pol Manafortun casusluğu haqda “BuzzFeed” jurnalistinə məlumatların qanunsuz ötürülməsində şübhəli bilinir. Ehtimal olunur ki, həmin məlumatlardan Ağalarovun sazişlərindən, hansılarla ki, xüsusi prokuror maraqlanırdı, bəhs edən məqalədə istifadə edilə bilərdi.

Bir gün əvvəl Araz və Emin Ağalarovların maraqlarını təmsil edən vəkil Skott Balber, həmçinin Kaveladze RBK-ya deyiblər ki, bu, ABŞ federal hokümətinin yüksək vəzifəli əməkdaşı tərəfindən "etibarın hiddətdoğuracaq dərəcədə pozulmasıdır": "Görünür, hakimiyyətin qanunsuz davranışı abırsız siyasi gündəliyə əsaslanır. Biz mənim müştərilərimə vurulmuş zərərlə əlaqədar məhkəmə təhqiqatı imkanını araşdırırıq".

Bu gün isə Kaveladze qeyd edib ki, şəxsən onun üçün "vəziyyətin faciəliliyi" və Amerikanın xanım məmurunun cinayətkar hərəkətləri yalnız “həssas informasiyanı qeyri-əxlaqi jurnalistin əllərinə verməsi”ndən ibarət deyil. "Problem ondadır ki, bütün bu zəncirin keçdiyi prosesdə oxucuya ciddi təhrif edilmiş məlumatlar çatdırılıb və de-fakto şəxsən mənim və şirkətimin nüfuzuna böyük zərər vurulub”, - deyə o, fikrini yekunlaşdırıb.

Xatırladaq ki, sentyabrın 21-də “Buzzfeed” prokuror Müllerin Ağalarovla Kaveladze arasında pul köçürmələri ilə maraqlandığı barədə material dərc etmişdi. “BuzzFeed”in məlumatına görə, Crocus Group sahibinin 3 iyun 2016-cı ildə, vəkil Natalya Veselnitskayanın ABŞ-ın gələcək prezidentinin oğlu kiçik Donald Trampla Trump Tower-də görüşəcəyi gün şirkət nümayəndəliyinin hesablarına $3,3 milyon köçürməyə cəhd etməsi Müllerdə maraq oyatmışdı. Sazişlər üç bankı əhatə etmişdi — Citibank, JPMorgan Chase və Morgan Stanley.

Onu da qeyd edək ki, Crocus Group-un ABŞ nümayəndəliyi "Tvoy Dom" ticarət şəbəkəsi üçün tikinti materiallarının və avadanlığın alınması ilə məşğul olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi