azia.az
azia.az

Baş redaktor hüquq mühafizə orqanlarına açıq məktub ünvanladı – AUDİO SƏSYAZISI

25-04-2019, 01:03

Baş redaktor hüquq mühafizə orqanlarına açıq məktub ünvanladı – AUDİO SƏSYAZISI
“Xeber-xetti.com” saytında “Abşeron DYP də Fariz Mehman cütlüyünün pərdə arxası” sərlövhəli dərc yazıdan sonra haker hücumu təşkil edilmişdir. İnformasiya agentliyinin rəhbəri Mirəziz Əzizov Bakunews.az xəbər portalı vasitəsi ilə dövlət qurumlarına müraciət edərək xəbər portalının fəaliyyətinə maniə törətmiş şəxslər barəsində ciddi ölçü götürülməsini xahiş edib.

Müraciətdə deyilir:

Baş Prokruror cənab Zakir Qaralov!

Daxili İşlər Naziri cənab Ramil Usubov!

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyev!

Rəhbəri olduğum “Xeber-xetti.com” İnformasiya Agentliyinə qarşı son günlər Abşeron rayon Dövlət Yol Polisinin xidməti avtomobilinin Niva markalı avtomobildə kanstruksiya dəyişikliyi etməsinə baxmayaraq öz maraqlarına xidmət edərək qanunu tətbiq etməmişdirlər. Bütün bunları video lentə alaraq xəbər portalımızda yayımlamışdıq. Xəbərin yayımlanmasından dərhal sonra DYP əməkdaşları Mehman və Fariz adlı inspektorların sifarişi əsasında Niva avtomobilinin sürücüsünə xəbərdarlıq edilmişdir ki, həmin video görüntülərin hansı yola olur-olsun silinməsi gərəklidir. Əks təqdirdə DYP əməkdaşları özlərinə qarşı problem yaranacağını sürücüyə qeyd ediblər. Bundan sonra Orxan Bəşirov adlı (+99451 614 14 04) özünü haker adlandıran şəxs tərəfindən anlaşma əsasında saytımıza kiber hücumlar təşkil edilmiş və böyük maddi və mənəvi ziyanlar vurulmuşdur. Həmçinin yurarıda qeyd edilən mobil nömrə sayt rəhbəri olan şəxsimlə əlaqə saxlayaraq etiq normalara sığmayan təhqir edib ölümlə hədələmişdir. Sonradan apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Orxan Bəşirova sayta kiber hücumların edilməsi Novruz adlı DYP əməkdaşı tərəfindən maddi qarşılıq müqabilində göstəriş verilmişdir. Qeyd etmək istəyirəm ki, həmin Novruz adlı DYP əməkdaşı özünü Saray DYP postunun əməkdaşı kimi təqdim etmiş və videoda görüntülənən Niva markalı avtomobilin etibarnamə əsasında idarə edən şəxsdir. Qanunlarımıza güvənərək məsələnin tam obyektiv araşdırıb daha sonra sizə müraciət etməyə üstünlük verdik ki, burda da həmin Orxan Bəşirov adlı haker olan şəxsin əlaqə nömrəsinə mən Mirəziz Əzizov zəng edərək onunla həm söhbət olduqdan sonra tam əminliklə deyə bilərəm ki, xəbər portalının gün ərzində bir neçə dəfə dağıdılmasına nail olan bu şəxsdir. Bu şəxsə sifariş verən YPX nin 627 bort nömrəli patrul maşınında xidmət göstərən Mehman və Fariz adlı Abşeron DYP əməkdaşlarının törətdiyi əmələrinin xəbər portalından silinməsi üçün sifarişçi obrazında çıxış etmələri barədə təxirə salınmaz tədbirlər görülməsini sizdən xahiş edirəm.

Hörmətlə: Mirəziz Əzizov Mirabbas oğlu

Telefon əlaqəsində ifşa edilən kiber cinayətkarın danışılan səs yazısını sizlərə təqdim edirəm:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi