azia.az
azia.az

Qadınların cinsi istəyinə cavab verib onları cavan saxlayan HORMONLAR haqqında BİLMƏDİKLƏRİNİZ

24-04-2019, 07:06


Bütün qadınlar özünü dərk edən andan gözəl və və cazibədar görünmək istəyir. Amma gözəllik ilk növbədə daxil aləm və sağlamlıqdan asılıdır.
Qadınların cinsi istəyinə cavab verib onları cavan saxlayan HORMONLAR haqqında BİLMƏDİKLƏRİNİZ
Publika.az xəbər verir ki, qadın sağlamlığa görə də estrogen hormonları cavabdeh daşıyır.

Qadın sağlamlığına orqanizmdə hormonal fon çox təsir edir. Bir qrup qadın hormonları estrogen adlanır. Prinsipcə, bu hormonlar kişilərin orqanizmində də var, lakin çox az miqdarda. Bu hormonların çoxluğu kişilərin zahiri vəziyyətinə və sağlamlığına açıq-aşkar təsir edir.

Estrogen hormonlarının əsas fəaliyyəti qadının cinsiyyət funksiyasını təmin edilməsinə yönəldilib. İki hissədən ibarət olan estrogen sözünün mənaları belədir: Oistros istək, ehtiras, Genes - doğuran. Və ya digər hərfi mənada tərcümədə canlılıq (parlaqlıq) bildirir.

Belə demək mümkünsə, bu, cinsiyyət hormonlarıdır. Həkimlərin fikrincə, ideal qadın bədəni ölçüləri: böyük sinə, cazibədar əndam, hətta qadın gülüşü də məhz bu hormonlarla təmin olunur. Bu hormonların çatışmazlığı təbii ki, bir neçə fəsadlara gətirib çıxarır:

Depressiya və kəskin əhval-ruhiyyə dəyişməsi;

Çəkinin artması;

Tez yorulma;

Özünəinamsılız və öz zahiri görkəminə diqqətsizlik;

Seksual istək və həssaslığın azalması;

Məhz buna görə də estrogeni çox vaxt gənclik hormonları adlandırırlar.

Image result for Продукты содержащие эстроген - гормон женской молодости

Amma bu əlamətlərə görə, estrogen hormonlarının aşağı olduğu diaqnozunu qoymaq mümkün deyil. Həm depressiya, həm də yorğunluq digər xəstəliklərin də nəticəsi ola bilər. Hormonal fonunun səviyyəsini yalnız analiz verməklə müəyyənləşdirmək olar. Və məhz həkimlər analizlərin nəticəsinə əsasən hormon terapiyası ilə müalicə təyin edirlər. Amma artıq təsdiq və sübut edilib ki, süni hormonlar - bitki mənşəli hormon olan fitoestrogenlərdən daha sərt və daha güclü fəaliyyət göstərir. Hormon terapiyasının əsas problemi ondan ibarətdir ki, süni hormonların qadın orqanizminə uzun müddət daxil olması faktiki olaraq onların istehsalını dayandırır. Sonra da bu prosesi bərpa etmək artıq mümkün deyil.

Fitoestrogenlər isə xeyli zəif fəaliyyət göstərir. Odur ki, estrogen səviyyəsinin aşağı olduğu aşkar edildikdə ot, bitki mənşəli hormon tərkibli məhsullarla onların səviyyəsini dəstəkləmək lazımdır.

Yeri gəlmişkən bu, doğuşdan sonra kəskin şəkildə aşağı düşməsi nəticəsində saç tökülməsi və dərin depressiyaya səbəb olan hormonal fonu bərpa etmək üçün yaxşı üsuludur.

Estrogen səviyyəsini normaya salan 3 növ bitki hormonları var: izoflavonoid, liqnanı və kumestan.

Qida məhsullarında estrogen:

Kətan toxumu

Kətan toxumu bitki hormonların sayına görə 1 nömrəli məhsuldur. Kətan toxumu hormonal fəaliyyəti yaxşılaşdırmaqla yanaşı, qadın orqanizmi üçün faydalı olan digər xassələrə malikdir. Kətan toxumu həm qatığa əlavə edilərək, həm də üyüdülmüş şəkildə istifadə olunur. Onu sıyıq və ya bala əlavə edərək yeyirlər. Müalicəvi doza gündə 2 xörək qaşığıdır. Kətan toxumunda olan böyümə hormonu liqnan günəbaxan və küncütün də tərkibinə daxildir.

Paxla, noxud, yaşıl noxud, lobya

Paxla, noxud, yaşıl noxud və lobyanın tərkibində orqanizm üçün faydalı olan çoxlu sayda izoflavonoid və fitoestrogen var. Amma həkimlər bildirir ki, çoxlu soya orqanizm üçün faydalı deyil. Üstəlik, son məlumatlara görə paxlalılar fəsiləsinə aid olan bitkilərin 90% -nin genetikası dəyişdirilir. Odur ki, mərcini xüsusi qeyd etmək lazımdır. Bu, qadınlar üçün unikal məhsuldur. Mərci zülallarla zəngindir, cəmi 15-20 dəqiqə qaynadıldıqda hazır olur. Bitkinin tərkibində serotoninə çevrilən və depressiyadan xilas edən triptofan hormonları da var.

Qəhvə

Keçirilən araşdırmada göstərilib ki, gündə 500 ml qədər qəhvə içən qadınların 90 faizində estrogen səviyyəsi 70 faiz artıb. Yadda saxlayın ki, estrogen hormonlarının artması qadınlarda qarın və omba hissələrdəki yağları ətirməyə imkan vermir. Odur ki, arıqlamaq istəyən qəhvə həvəskarları, sizin 1 nömrəli vəzifəniz qəhvəni tərgitmək olacaq.

Ərik

Bütün meyvələr arasında böyümə hormonu sayılan liqnan ən çox ərikdədir. Əriyi təzə və ya quru halda yemək olar. Yeri gəlmişkən, uzunömürlü olması ilə tanınan xunzi xalqı sağlamlığını bu meyvəyə borcludur. Ərik bütün il ərzində onların əsas qidasıdır.

Bu böyümə hormonu heyvan mənşəli məhsullarda da var, amma hazırda bütün həkimlər birmənalı şəkildə bu fikrə gəlib ki, hormonların səviyyəsini qaldırmaq üçün onlardan istifadə etmək arzuolunmazdır. Bu onunla əlaqədardır ki, artıq bütün müasir ət və süd məhsullarının istifadə müddətini artırmaq üçün tərkibinə müxtəlif hormonlar və kimyəvi preparatları əlavə edilir.

Estrogen aşağıdakı otlarda da var:

Adaçayı;

Mayaotu;

Jenşen kökü;

Öküzgözü;

Çobanyastığı;

Cökə;

Biyan kökü.

Aytən


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi