azia.az
azia.az

Bədəndə yığılmış antibiotikləri məhv edən At südü – Uşaqlar üçün əvəzsizdir

28-03-2019, 08:59

Orta Asiya ölkələri, Qazaxıstan və Qırğızıstanda çox içilən at südü hətta marketlərdə də bizdə inək südü satıldığı kimi satılır. O xalqlar bü südü faydasına görə ana südündən sonra ikinci yerdə görür.
Bədəndə yığılmış antibiotikləri məhv edən At südü – Uşaqlar üçün əvəzsizdir
Medicina.az xəbər verir ki, at yeganə heyvandır ki, hər otu yemir, hər suyu içmir. Atın südü Avropa ölkələrində də satılır. O, mikroelementlərlə zəngin süddür. Qazaxlar ondan dərman kimi istifadə edir.

Heç də ucuz olmayan bu süd insan orqanizmində müalicələrdən sonra yığılıb qalmış antibiotik qalığını tamamilə məhv edir. İndki dövrdə toyuq əti, yumurta və digər məhsullarla orqanizm antibiotiklərlə çirklənir. Heç bir süd antibiotikə təsir etmir. At südü bu baxımdan dəvə südündən də güclüdür.

Azərbaycanda daha çox uşaqların müalicəsində eşşək südü axtarılır. Amma əgər uşaq 1 stəkan at südü içsə o sanki sağlamlıq eliksiri içmiş sayılır.
Azərbaycanda at fermaları və at saxlayanlar var. At südünü əldə etmək üçün onlara müraciət etmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi