azia.az
azia.az

Bağırov qardaşlarının "Neptun" supermarketində BİABIRÇILIQ: Kiflənmiş çörək və lavaşlar - VİDEOFAKT

Bu gün, 00:30

"Neptun" supermarketlər şəbəkəsinin Nərimanov rayonu ərazisində yerləşən filialında istehlakçıların narazılığına səbəb olan acınacaqlı mənzərə çəkilib. 

32gun.az redaksiyasının  qaynar xəttinə daxil olan görüntülərdə vitrinlərdə satışa təqdim olunan çörək və lavaşların kif atdığı aydın şəkildə əks olunub.

Mağaza rəhbərliyinin yararsız və insan sağlamlığı üçün təhlükəli olan bu un məmulatlarını piştaxtalardan yığışdırmaması alıcıların  etirazı ilə qarşılanıb.

Qeyd edək ki, "Neptun" supermarketlər şəbəkəsi və onun rəsmi idxalatçı qolu olan "Sahil Trading" MMC, Bakı şəhəri Tbilisi prospekti 1058 ünvanında qərargahlanan "Soliton Group" şirkətlər qrupuna daxildir.

Bu böyük ticarət şəbəkəsinin və holdinqin rəsmi sahibləri isə Müseyib, Sahib və Rahib Bağırov qardaşlarıdır. Qrup daxilindəki "Sahil Trading" şirkəti həm xaricdən məhsul idxal edir, həm də "Neptun" marketlərinin hüquqi idarəçiliyini həyata keçirir.

Nilay




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi