azia.az
azia.az

77AA788 nömrəli "Mercedes" qəza şəraiti yaratdı

Bu gün, 21:51

Ajans.az-ın rəhbəri Tural Müseyibov Bakıda yol hərəkəti zamanı təhlükəli vəziyyətlə üzləşdiyini bildirib.



Sfera.az xəbər verir ki, o, Hüseyn Cavid parkı yaxınlığından Ekologiya və Təbii Sərvətlər Nazirliyi istiqamətində hərəkət edərkən, sağdan gələn avtomobillərin ona yol vermədiyini deyib. Onun sözlərinə görə, bu səbəbdən həmin avtomobillərin arxasından keçməli olub.


Bu zaman 77-AA-788 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin qəfil qarşısına çıxdığını bildirən jurnalist toqquşmadan son anda yayındığını deyib.


Jurnalist hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının tədbir görəcəyinə ümid etdiyini deyib. Onun sözlərinə görə, qarşıdakı avtomobili vaxtında görməsəydi, qəza baş verə bilərdi.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi