azia.az
azia.az

Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib

Bu gün, 21:42

Azərbaycan Ordusunun hərbçisinin naməlum şəraitdə Ermənistan ərazisinə keçdiyi iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. 

İddialara görə, sözügedən hərbçi Sünik vilayətinin Şaki kəndinin ərazisinə daxil olub.

Qeyd olunur ki, Şaki kəndində Azərbaycan əsgərinin saxlanması barədə Azərbaycan tərəfinə də məlumat təqdim edilib.

Hazırda Ermənistan İstintaq Komitəsində faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi