azia.az
azia.az

Masaj salonunda əməliyyat: Xeyli sayda fahişə tutuldu

Bu gün, 08:19

Türkiyənin İstanbul şəhərində fahişəliklə məşğul olan qadınlara qarşı əməliyyat keçirilib.

Xəbər verilir ki,İstanbul Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbə Müdirliyinin qrupları, Bakırköy Baş Prokurorluğunun çıxardığı  axtarış və həbs qərarı əsasında masaj salonları və fahişəlik müəssisələrində geniş əməliyyat keçirib.

Əməliyyatda ümumilikdə 31 nəfər saxlanılıb.

 İstanbul Polis İdarəsi ictimai asayişi pozan bütün hərəkətlərə qarşı əməliyyatlarının fasiləsiz davam etdiyini bildirib.

Qeyd edək ki,bundan öncə Türkiyədə LGBT üzvlərinə qarşı geniş əməliyyatlar keçirilmişdi.

Jalə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi