Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
“Ekoloji problemlərlə mübarizə çərçivəsində benzin və dizel mühərrikli avtomobillərin sayının azaldılması, onların tədricən elektrik avtomobilləri ilə əvəzlənməsi bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə həyata keçirilir”.
"Azia.az" xəbər verir ki, bu sözləri Globalinfo.az-a nəqliyyat eksperti Yasin Mustafayev Azərbaycanda benzin və dizellə işləyən maşınlar yığışdırılacağı haqda danışarkən deyib.
Ekspert bildirib ki, “bu addımlar hazırda üzləşdiyimiz ekoloji problemlərlə bağlıdır:
“Digər tərəfdən, ənənəvi mühərriklərlə işləyən avtomobillər tədricən öz yerini yeni texnologiyalara verir. Elektrik avtomobilləri həm iqtisadi baxımdan daha səmərəli, həm ekoloji cəhətdən daha təmiz, həm də qiymət baxımından nisbətən əlçatan olur”.