Qaydaları pozan sürücüləri dronlar izləyəcək
Türkiyənin İstanbul şəhərinin rəhbərliyi taksi sürücülərinin fəaliyyətinə nəzarət etmək üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməyə başlayıb.
Xəbər verilir ki, bu barədə İstanbul Taksi Sürücüləri Palatasının İdarəetmə Şurasınnı üzvü Güngör Petek "RIA Novosti"yə bildirib.
Onun sözlərinə görə, PUA-lar ən çox şikayətlərin daxil olduğu rayonlarda tətbiq edilir.
Nəzarətin gücləndirilməsi zərurəti növbəti səs-küylü qalmaqaldan sonra yaranıb. İyunun əvvəlində istanbullu taksi sürücüsü əcnəbi bloqeri aldadaraq, onun kartından gediş haqqından 20 dəfə çox - 160 dollardan artıq vəsait çıxarıb. Sürücü həbs olunub, İstanbul Taksi Sürücüləri Palatası isə onu taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün verilən lisenziyadan məhrum edib.
"Biz mütəmadi olaraq belə qəfil yoxlamalar keçiririk, indi isə qayda pozuntularında adı keçən avtomobilləri nömrələri üzrə daha səmərəli şəkildə izləmək üçün PUA-lardan da istifadə edirik", - deyə Petek bildirib