azia.az
azia.az

Rusiya HƏRƏKƏTƏ KEÇDİ - İrəvanda QAN düşəcək

Bu gün, 13:25

Moskvada yerləşən Erməni Apostol Kilsəsi kompleksində Rusiya–Ermənistan münasibətlərinin mövcud böhranlı vəziyyətinə və gələcək perspektivlərinə həsr olunmuş fövqəladə qapalı toplantı, Cənubi Qafqazın geosiyasi gələcəyi üçün olduqca təhlükəli siqnalların verildiyini ortalığa qoyub. Rusiya mediasının sızdırdığı məlumatlara görə, Beynəlxalq Lazarev Klubunun təşkilatçılığı ilə keçirilən və “Rusiya və Ermənistan: Birlikdə, yoxsa ayrı?” mövzusunu daşıyan bu iclas, formal müzakirə çərçivəsindən tamamilə çıxaraq, rəsmi İrəvanda qanlı hakimiyyət dəyişikliyi və dövlət çevrilişi ssenarilərinin masaya yatırıldığı radikal bir platformaya çevrilib. Kremlyönümlü siyasətçilərin, xüsusi xidmət orqanlarına yaxın ekspertlərin və rusiyapərəst erməni biznes dairələrinin iştirak etdiyi toplantıda, rəsmi İrəvanın Qərbə doğru strateji dönüşünün Rusiya üçün qəbul edilməz olduğu kəskin şəkildə ifadə edilib. İclasın əsas ideoloqlarından olan Dövlət Dumasının deputatı Konstantin Zatulin açıq şəkildə hədə bəyanatı səsləndirərək bildirib ki, Moskva öz müttəfiqinin eyni vaxtda onun birbaşa hərbi-siyasi rəqibləri olan NATO və Aİ ilə yaxınlaşmasını cavabsız qoymayacaq. 7 iyun parlament seçkiləri ərəfəsində daxili gərginliyi qızışdırmağa çalışan erməni müxalifətinin nümayəndələri, xüsusən də keçmiş baş nazir Vazgen Manukyan mövcud şəraitdə Nikol Paşinyan hakimiyyətini seçki yolu ilə devirməyin qeyri-mümkün olduğunu, Ermənistanın daha radikal və qanlı bir qarşıdurma mərhələsinə keçməli olduğunu bəyan edib. Moskvanın regiondakı əsas rıçaqı hesab olunan keçmiş prezident Robert Koçaryanın isə seçki nəticələrini indidən tanımayacaqlarını bəyan edərək, küçə iğtişaşları və "xalq inqilabı" anonsu verməsi, Kremlin Ermənistandakı legitim hakimiyyəti fiziki və hərbi yollarla sıradan çıxarmaq üçün son hazırlıqları tamamladığını göstərir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Vəli Səmədoğlu qeyd edib ki, Moskvada kilsə divarları arasında keçirilən bu fövqəladə toplantı və oradan səslənən radikal çağırışlar, Rusiyanın Ermənistandakı 7 iyun seçkilərində Paşinyanın mütləq qalibiyyət qazanacağını anladığını və artıq konstitusion müstəvidən tamamilə çıxaraq qanlı çevriliş planını dövriyyəyə sokduğunu sübut edir: "Lazarev Klubunun bu iclası sıradan bir ekspert müzakirəsi deyil, Ermənistanda vətəndaş müharibəsi və hərbi xunta ssenarisinin rəsmi təlimatlandırma mərhələsidir. Zatulinin hədələri, Manukyanın seçki variantını rədd etməsi və Koçaryanın küçə xaosu vəd etməsi göstərir ki, Moskva seçki günü və ya dərhal sonra İrəvanda qan tökmək qərarına gəlib. Paşinyanın rəy sorğularında 65 faizlik mütləq üstünlüyü, Qərb tərəfindən ona verilən tam iqtisadi və siyasi dəstək paketi Rusiyanın Cənubi Qafqazdakı 200 illik forpostunu tamamilə itirməsi deməkdir. Buna görə də Kreml rəsmən öz revanşist qüvvələrinə 'seçkini gözləməyin, prosesi küçədə və qanla həll edin' təlimatı ötürür".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi