azia.az
azia.az

Bu ədviyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - EHTİYATLI OLUN

22-10-2024, 07:50

Cirə(kimyon) tərkibindəki təbii maddələr sayəsində bədənimiz üçün sağlam ədviyyatdır.

News24.az xəbər verir ki, mütəxəssislər cirə istehlak edərkən insanların diqqətli olması lazım olduğunu açıqlayıb. 

İmmuniteti gücləndirən cirə müəyyən insanlar tərəfindən istehlak edilməməlidir.

Şəkərli diabet xəstələri: Qan şəkəri balansında pozğunluqlar olan şəkərli diabet xəstələri üçün cirəni balanslı şəkildə istehlak etməyin heç bir zərəri olmadığı bilinir. Lakin şəkərli diabet xəstələrinin cirədən çox istifadə etməsi qan şəkərinin aşağı düşməsinə səbəb olur və zərərli istehlaka çevrilir.

Menstruasiya zamanı: Qadınların menstruasiya zamanı cirə istehlakı tövsiyə edilmir. Az miqdarda cirə istehlakında problem olmasa da, menstruasiya zamanı həddindən artıq istehlakı bir çox zərərlərə səbəb ola bilər. Ümumi sağlamlıq üçün onu istehlak etməmək ən sağlam hesab edilir.

Zəif insanlar: Cirəni su və qatıq kimi qidalarla qarışdıraraq qəbul etmək arıqlamağa kömək edir. Bu səbəbdən normaldan daha zəif olan insanlara su, qatıq kimi qidalarla cirə qəbul etmələri tövsiyə edilmir.

Mədə həssaslığı olan insanlar: Ürək yanması və yanma kimi şikayətləri olan, yəni mədəsində problem olanların cirə istehlakı tövsiyə edilmir. Cirə mədə həssaslığı olan insanlarda şiddətli qarın ağrısına səbəb olur. Bundan əlavə, bu ədviyyatın həddindən artıq istehlakı böyrək ağrısına səbəb ola bilər.


Məryəm İlhamqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi