azia.az
azia.az

iş adamı Hacı Səxavət tərəfindən “Ləvəngi” restoranında-ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN EHSAN SÜFRƏSİ-MƏCLİS TƏŞKİL OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

29-08-2024, 12:06

24 avqust 2024-cü il tarixində, axşam saatlarında Bakı şəhərində yerləşən “Ləvəngi” restoranında Birinci Qarabağ Savaşı iştirakçısı, iş adamı, xeyriyyəçi Hacı Səxavət tərəfindən Məhərrəmlik ayı ilə bağlı Şəhid ailələri üçün ehsan süfrəsi-məclis təşkil olunub.

Ehsan süfrəsində-məclisdə Bakıdan, Sumqayıtdan, Gəncədən, Lerikdən, Lənkərandan, Astaradan, Beyləqandan, Biləsuvardan, Abşerondan, Qobustandan olan Şəhid ailələri-Şəhid anaları və Şəhid ataları iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, ehsan süfrəsində-məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

“Quran” oxunub, Səhidlərin ruhlarına dualar edilib, Şəhid ailələrinə səbr və dözüm, Qazilərə isə şəfa və can sağlağı arzulanıb.

Sonra çıxışlar edilib.

Hacı Səxavət çıxışında Şəhid ailələri və Şəhidlərin ruhları qarşısında baş əydiyini bildirib.

“Şəhid adından, Şəhid anası və Şəhid atası adından yüksək ad yoxdur. Bu, heç də hər kəsə qismət olmur. Biz bugünümüzə, dinclik və əmin-amanlığımıza, Qələbə və Zəfərimizə görə Şəhidlərimizə, Qazilərimizə və onları yetişdirən Qəhrəman ailələrə borcluyuq”-deyə, o, əlavə edib.

Çıxış edən məclis iştirakçıları, Şəhid ailələri də öz növbəsində hər zaman Şəhid ailələrinin yanında olan Hacı Səxavətə nəcib, xeyirxah addımlarına, o cümlədən ehsan süfrəsinə görə öz minnətdarlıqlarını ifadə ediblər.

3 saatdan çox davam edən ehsan süfrəsinin sonunda xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi