Dövlət Agentliyi zərəri 24 milyon manatı keçdi-DƏHŞƏT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin 2023-cü il audit edilmiş maliyyə hesabatını açıqlayarkən ili növbəti dəfə zərərlə bitirdiyi məlum oldu.
Kommersant.az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi keçən il 36.81 mln. manat satışdan gəlir əldə edib, 35.43 mln. manat əməliyyat xərci çəkib.
Üstəlik 8.83 milyon manatlıq ümumi və inzibati xərlcəri onu il üzrə 7.65 mln. manat zərər etməsinə gətirib çıxarıb.
Nazirliyin nəzdindəki bu Agentlik 2021-ci ildə 4.16 mln. manat, 2022-ci ildə 4.62 mln. manat üzərində zərər etmişdi ki, bu da illərdir davam edən zərər üst-üstə yığılaraq 24.31 mln. manata çatmasına gətirib çıxarıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.